Sarı-qızılı rəngə bürünən dəmirağaclar - Lənkərandan FOTOLENT VİDEO
Lənkəran, 3 dekabr, İlkin Adıyev, AZƏRTAC
Dəmirağacı cənubun mirvarisi sayılan Lənkərana füsunkar gözəllik bəxş edib. Payız mövsümünün gəlişi ilə şəhərin küçə və prospektləri sanki rənglənib, şəhərə bir ahəng və zəriflik qatılıb.
Sarı, parlaq narıncı və çəhrayı tonlara bürünən dəmirağacları Lənkəranın payız mənzərəsini həm yerli sakinlər, həm də qonaqlar üçün daha cazibədar edir.
AZƏRTAC-ın bölgə müxbirinin Lənkərandan çəkdiyi fotoları təqdim edirik.