“Şaxtyor”un azərbaycanlı futbolçusu: Adaptasiya prosesi çətin keçmədi
Bakı, 3 avqust, AZƏRTAC
Artıq üç ildir Qazaxıstanda çıxış edirəm. Yerli çempionata uyğunlaşmışam.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın "Şaxtyor" komandasına keçən qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Kamilla Məmmədova deyib.
29 yaşlı müdafiəçi ötən mövsümdən Karaqanda təmsilçisinin diqqət mərkəzində olduğunu bildirib: “Daha sonra "Şaxtyor" klubundan təklif aldım. Mən də bu təklifi dəyərləndirib qəbul etdim. Hədəfim hər zamankı kimi komandama faydalı olmaq və yaxşı nəticələr qazanmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm. Artıq kollektivə uyğunlaşmışam. Bundan əlavə, əvvəlki komandamdan da burada çıxış edən futbolçular var. Bu səbəbdən adaptasiya prosesi mənim üçün çətin keçmədi”.
O, Azərbaycan və Qazaxıstan çempionatlarını da müqayisə edib: “Liqalar arasında əsas fərq rəqabətin səviyyəsindədir. Burada komandaların sayı daha çoxdur, legionerlər kifayət qədər çoxdur və bu da çempionatın inkişafına müsbət təsir göstərir".
Qeyd edək ki, Kamilla Məmmədova Qazaxıstanda "Okjetpes" və "Yelimay" klublarının da formalarını geyinib.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]