“Səbail” “Portu”nun yetirməsini transfer edib
Bakı, 19 yanvar, AZƏRTAC
“Səbail” komandası 2024-cü ilin ilk transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Keta ilə 1,5 illik müqavilə imzalanıb.
“Portu”nun yetirməsi olan oyunçu karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” komandalarının formasını geyinib. Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının şərəfini qorumuş M.Keta hazırda Qvineya-Bisau millisinin üzvüdür.
Qeyd edək ki, futbolçu son olaraq, Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]