Səbinə Əliyeva: İnsanların iqlim dəyişikliklərinin hüquqi təsirləri barədə məlumatlı olması çox önəmlidir
Bakı, 14 noyabr, AZƏRTAC
İqlim dəyişikliyi qlobal problem olduğuna görə milli və beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi, insanların iqlim dəyişikliklərinin hüquqi, sosial və iqtisadi təsirləri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva COP29 çərçivəsində noyabrın 14-də keçirilən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: milli insan hüquqları institutlarının rolu” mövzusunda tədbirdə söyləyib.
O, eyni zamanda, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsinə xüsusi önəm verdiyini bildirərək deyib: “İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlərin və beynəlxalq arenada durmadan artan nüfuzunun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası COP29 kimi qlobal əhəmiyyətə malik mötəbər bir tədbirə ev sahibliyi edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]