Səbinə Əliyeva: Ombudsman Aparatı Mediasiya Şurası ilə əməkdaşlığa xüsusi önəm verir
Bakı, 26 iyul, AZƏRTAC
Mediasiya prosesinin həyata keçirilməsi insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir. Ombudsman Aparatı Mediasiya Şurası ilə əməkdaşlığa xüsusi önəm verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva mediasiya islahatları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar iyulun 27-də keçirilən tədbirdə deyib.
Mediasiya Şurasının fəaliyyətində ciddi dönüş yarandığını diqqətə çatdıran Səbinə Əliyeva bildirib ki, cari ilin ilk 6 ayı ərzində mediasiya ilə bağlı ombudsmana şikayət qeydə alınmayıb.
Diqqətə çatdırılıb ki, Mediasiya Şurasının bu sahədə təşəbbüsləri və hazırda təqdim etdiyi təkliflər layihəsi çox önəmlidir. “Tərəfimizdən həmin layihə nəzərdən keçirilmiş, müvafiq rəy və təkliflər hazırlanmışdır. Əminəm ki, bu sahədə işçi qaydasında əməkdaşlığımız insan hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunmasına töhfə verəcək”, - deyə ombudsman bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]