Seçici: Arzu edirəm ki, seçilən namizəd gələcəkdə xalqın layiqli elçisi olsun
Bakı, 9 fevral, AZƏRTAC
Mən neçə illərdir ki, istər bələdiyyə, istər parlament, istər prezident seçkiləri zamanı səhər yuxudan oyanandan sonra məntəqəyə gəlib səs verməyi özümə borc bilirəm. Bu gün də adətimə uyğun olaraq seçki məntəqəsi açılan kimi buraya gəlmişəm. Arzu edirəm ki, bu seçkilər xalqımız, millətimiz üçün düşərli, uğurlu olsun!
AZƏRTAC xəbər verir ki, bu sözləri 21 saylı Nəsimi birinci seçki dairəsində ilk səs verən, 64 yaşlı seçici Ramizə Rzayeva deyib.
O, seçki dairəsinin 21-ci məntəqəsinin yaxınlığında yerləşən Rəşid Məmmədov küçəsində yaşayır. Səhərin erkən saatlarında həmin seçki məntəqədə ilk səs vermək 1093 seçici arasında ona nəsib olub: “Birinci olmaq əlbəttə, sevindiricidir. Onu deyim ki, Milli Məclisə seçkilərinin təşviqat mərhələsi başlayandan namizədlərlə maraqlanmışam. Demək olar ki, əksəriyyətinin seçki platforması ilə tanışam və bir neçə namizədin görüşündə də iştirak etmişəm. Elə həmin görüşlər zamanı da öz seçimimi etmişəm. Bizim dairədə qalib gələrək qanunverici orqanda bizi təmsil etmək hüququ qazanan gələcək deputata uğurlar arzulayır və ona xalqın layiqli təmsilçisi olmağı arzulayıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]