SƏDDAM HÜSEYNİN TƏQSİRİ SÜBUT EDİLMƏSƏ, DƏRHAL AZADLIĞA BURAXILACAQ
İyulun 1-də Bağdadda Xüsusi Hərbi Tribunalda keçirilən dinləmələrdə şəxsən Səddam Hüseynə və onun 11 silahdaşına ittihamlar təqdim olunmuşdur. 1988-ci ildə Hələbcədə kürdlərə qarşı kimyəvi silahdan istifadə edilməsi, 1980-88-ci illərdə İranla müharibə ilə bağlı cinayətlər, 1990-cı ildə Küveytə müdaxilə, 1991-ci ildə şiələrin üsyanının amansızlıqla yatırılması əsas ittihamlardandır. Bundan əlavə, Səddam Hüseyn “öldürülənlərin kütləvi surətdə dəfninə və İraq həbsxanalarında tətbiq olunmuş cəzalara - dilin, qulaq və əl-qolun kəsilməsi ilə bağlı cinayətlərə görə” də məsuliyyətə cəlb ediləcəkdir.
Sabiq prezidentin vəkilləri onun məhkəməsinin müdafiənin iştirakı olmadan başlanmasına etirazlarını bildirmişlər. Lakin ədliyyə naziri vurğulamışdır ki, “heç bir ərəb və ya Qərb vəkili Səddam Hüseynin müdafiəsi üçün rəsmi icazə almaqdan ötrü müraciət etməmişdir”. O xatırlatmışdır ki, “Səddam Hüseyn İraqda qüvvədə olan cinayət hüququna əsasən mühakimə ediləcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:51]
Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]
Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb
- 12.06.2026 [15:22]
Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub
- 12.06.2026 [15:16]
Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir
- 12.06.2026 [15:09]
Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb
- 12.06.2026 [15:05]
Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]