Sədr: Ələt Azad İqtisadi Zonasında ən yaxşı standartlarla çalışan şirkətləri qəbul etməyə hazırıq
Bakı, 21 dekabr, AZƏRTAC
Ələt Azad İqtisadi Zonası olaraq hədəflərimiz investorların şirkətlərini Ələt Azad İqtisadi Zonasında uğurla qura bilməsi və inkişaf etdirməsi üçün münbit şərait yaratmaqdır. Eyni zamanda, investorların şirkətlərinin gələcəkdə genişlənməsini və böyüməsini dəstəkləyəcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” panelində çıxışı zamanı deyib.
"Biz Ələt Azad İqtisadi Zonasında Türkiyədən gələn investor və sahibkarları, xüsusilə, yüksək əlavə dəyərli və ixracyönümlü məhsul istehsal edən, innovativ texnologiyalar və ən yaxşı beynəlxalq standartlarla uyğun çalışan şirkətləri qəbul etməyə hazırıq", - deyə Valeh Əsgərov əlavə edib.