Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edəcək
Bakı, 27 iyul, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 16-da saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan rayon və şəhərlərindən olan vətəndaşları qəbul edəcək.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların avqustun 11-dək SHXÇDX-nin qeyd olunan rayon və şəhər baş idarə, şöbə və bölmələrinə, eyni zamanda rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]