Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd olunub
Bakı, 14 fevral, AZƏRTAC
Qaradağ Rayon İcra Hakimiyyətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd olunub.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının vətəndaşların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında, həqiqi hərbi xidmətə çağırışında və digər bu kimi məsələlərin həllində əhəmiyyətli rol oynadığını qeyd edib. Vurğulanıb ki, yaranmasından qısa müddət keçməsinə baxmayaraq Xidmət ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verib.
Tədbirdə Xidmətin Qaradağ rayon İdarəsinin əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]