ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ ÜZRƏ BEŞİNCİ MƏRHƏLƏNİN HESABATLARINA “DELOYT” ŞİRKƏTİ RƏY VERƏCƏK
İclasda Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti - beşinci hesabat mərhələsi üzrə hesabatlarını (2006-cı ilin ilk 6 ayı) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədi ilə müsabiqə keçirilmiş və “Deloyt” şirkəti müsabiqənin qalibi elan olunmuşdur.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, beşinci hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ödəniləcəkdir.
Memoranduma əsasən, Azərbaycanda fəaliyyət göstərən və beynəlxalq miqyasda tanınmış nüfuzlu 5 auditor şirkətinə (“Deloyt”, “Praysuoterhauskupers”, “Ernst ənd Yanq”, KPMG və “Mur Stefens Azərbaycan”) şirkətlərinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir.