Səfir: Müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri ölkənin bütün ərazisində keçiriləcək
Moskva, 27 yanvar, AZƏRTAC
Müstəqil Azərbaycanın tarixində ilk dəfə prezident seçkiləri ölkənin bütün ərazisində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Diplomatik nümayəndəliyimizin rəhbəri vurğulayıb: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, 2024-cü il fevralın 7-nə nəzərdə tutulan növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazisində keçiriləcək. Artıq azad olunmuş ərazilərdə məntəqə seçki komissiyaları formalaşdırılıb, səsvermə üçün hər cür şərait yaradılıb”.
P.Bülbüloğlu əlavə edib: “Şübhəsiz ki, yuxarıda sadaladıqlarım onu deməyə əsas verir ki, həm Azərbaycandakı, həm də onun hüdudlarından kənardakı vətəndaşlarımız yüksək fəallıq nümayiş etdirəcək, çiçəklənən və qüdrətli Azərbaycan naminə düzgün seçim edəcəklər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]