Səfir: Novruz Tacikistan və Azərbaycan xalqlarını birləşdirən ortaq bayramdır VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmon Azərbaycan Dövlət İnformasiya Agentliyi vasitəsilə xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, diplomat Azərbaycan xalqına sülh, xeyirxahlıq, səadət və uğurlar, əmin-amanlıq, tərəqqi arzulayıb.
Səfir qeyd edib ki, Novruz xeyirxahlığın, qarşılıqlı anlaşmanın, sülhün və firavanlığın rəmzidir.
Onun sözlərinə görə, Novruz Tacikistan və Azərbaycan xalqlarını birləşdirən ortaq bir bayramdır. Bu bayram hər iki ölkə üçün təkcə onların tarixi və mədəni irsinin vacib bir hissəsi deyil, həm də dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət, ortaq mədəni və ənənəvi dəyərlərin rəmzidir.
Diplomat vurğulayıb ki, bu dəyərlər xalqlarımızın qədim ənənələrinin qorunmasına, eləcə də ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə, mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.
“Fürsətdən istifadə edərək, hər birinizə ən xoş arzularımı bir daha ifadə edirəm, qardaş Azərbaycan xalqına sülh, xeyirxahlıq, səadət və uğurlar, əmin-amanlıq, tərəqqi arzulayıram”, - deyə İlxom Abduraxmon əlavə edib.
Müxbir – Günel Alıyeva
Fotoqraf – Aydın Məmmədov
Videooperator – Şövqi Əzizov