Səfirlik: Əminik ki, silahlı hücumun təşkilatçıları və iştirakçısı tezliklə cazalandırılacaq
Moskva, 27 yanvar, AZƏRTAC
Azərbaycanın Rusiyadakı səfirliyi İrandakı diplomatik missiyamıza basqın nəticəsində həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, səfir Polad Bülbüloğlu və səfirliyin əməkdaşları silahlı hücumun təşkilatçısının və iştirakçısının tezliklə cazalandırılacaqlarına əminlik ifadə ediblər.
“Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə edilmiş xain silahlı hücum nəticəsində qətlə yetirilmiş, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışmış Orxan Əsgərovun ailəsinə və yaxınlarına, onun xidmət yoldaşlarına səfir Polad Bülbüloğlunun və səfirliyin kollektivi adından dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda bildirilir.
Səfirlik yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfa diləyib, bu vəhşi hücumu təşkil edənlərin və törədənlərin layiqli cəzalarını ən sərt şəkildə alacaqlarına əminliyini ifadə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [12:01]
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
- 27.09.2026 [11:53]
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar
- 27.09.2026 [09:11]
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
- 27.09.2026 [09:00]