ŞƏHƏR STADİONU YENİDƏN QURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, 3 min yerlik Biləsuvar şəhər stadionu yenidən qurulmuşdur. İdman qurğusu çoxdan yararsız halda idi. Əmək kollektivlərinin, iş adamlarının köməyinə arxalanan rayonun icra orqanları burada qısa müddətdə yenidənqurma işlərini başa çatdırmışlar. Tribunalar təmir olunaraq genişləndirilmiş, yeni oturacaqlar qoyulmuş, meydanın ot örtüyü təzələnmiş, yağış sularını kənarlaşdıran drenlər quraşdırılmış, qaçış zolaqları bərpa edilmiş, əraziyə 1000-dək gül kolu basdırılmışdır.
Hazırda stadionda idman tədbirləri bir-birini əvəz edir. Sakinlər Biləsuvar stadionuna ikinci həyat verilməsini, haqlı olaraq, ölkəmizin Prezidenti İlham Əliyevin idmanın inkişaına göstərdiyi diqqət və qayğının nəticəsi hesab edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]