Şəhərətrafı qatar reyslərinin sayı artırılır
Bakı, 16 sentyabr, AZƏRTAC
Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, sentyabrın 17-dən həftəiçi şəhərətrafı qatar reyslərinin gündəlik sayı 96-dan 100-ə çatdırılacaq.
Belə ki, Sumqayıt–Pirşağı–Bakı istiqaməti üzrə hərəkət cədvəlinə saat 05:55-də və 11:50-də əlavə reyslər daxil ediləcək.
Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə qatar reysləri həyata keçiriləcək.
Sərnişinlər yenilənmiş hərəkət cədvəli ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi resursları vasitəsilə tanış ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [19:02]
Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
- 16.09.2026 [18:52]
Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb
- 16.09.2026 [18:29]
Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb
- 16.09.2026 [18:24]
Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib
- 16.09.2026 [18:01]