ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ YARDIM GÖSTƏRİLMİŞDİR
20 Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar Kürdəmir rayonunda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ərzaq yardımı göstərilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 143 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə 11,2 milyon manatlıq ərzaq malları – yağ, çay, şəkər tozu, düyü və sair paylanmışdır.
Yardım Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının büdcədənkənar fondu hesabına verilmişdir.