REGİONLAR
Şəhid əsgərimiz son mənzilə yola salınıb VİDEO
Şəmkir, 6 aprel, Famil Quliyev, AZƏRTAC
Qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət edən əsgəri çavuş Əsgərov Təbriz Hamlet oğlu Şəmkir rayonunun Morul kəndində dəfn edilib.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhid əsgərin ailəsinə başsağlığı verib, Azərbaycan Ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbədən söz açıb. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov, Müdafiə Nazirliyinin idarə rəisi, general Rasim Əliyev, Milli Məclisin deputatları Sona Əliyeva və Sahibə Qafarova çıxışlarında ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşən Azərbaycan əsgərinin şücaətini yüksək qiymətləndiriblər.
Şəhidin atası Hamlet Əsgərov övladının vətən uğrunda şəhid olmasından qürur duyduğunu dilə gətirib. Yaxınları Təbrizi vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildiriblər.
Çıxış edən hərbçilər də şəhidlik zirvəsinə ucalan əsgərin döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyini diqqətə çatdırıblar.
Şəhid əsgər yaylım atəşi altında Şəmkir şəhərindəki qəbiristanlıqda dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.