ŞƏHİDLƏRƏ XATİRƏ KOMPLEKSİ UCALDILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Samux rayonunun Qırmızı Samux qəsəbəsində doğulub boya-başa çatmış və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Habil Məmmədovun və Gündüz Rüstəmovun xatirəsini əbədiləşdirmək məqsədi ilə qəsəbədə xatirə kompleksi ucaldılmışdır. Kompleksin açılışında çıxış edənlər hər iki şəhid haqqında ürək sözlərini söyləmiş, gənc nəslin nümayəndələrinə onlar kimi mərd və cəsur olmağı arzulamışlar. Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şerlər söyləmiş, ədəbi-bədii kompozisiya göstərmişlər.