ŞƏHİDLƏRİMİZİN ƏZİZ XATİRƏSİ ƏBU DABİDƏ EHTİRAMLA ANILMIŞDIR
Həmin gün saat 12.00-da səfirliyin binası qarşısındakı dövlət bayrağımız rəmzi olaraq endirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Faciə barədə ərəb və ingilis dillərində mətbuat məlumatı hazırlanaraq bu ölkənin Xarici İşlər Nazirliyinə, BƏƏ-də akkreditə olunmuş diplomatik nümayəndəliklərə, mətbuat və informasiya vasitələrinə göndərilmişdir.
Mərkəzi mətbuat orqanı olan “Khaleej Times” qəzetində səfir Eldar Səlimovun 20 Yanvar faciəsi və onun dəhşətli nəticələri barədə geniş müsahibəsi dərc olunmuşdur.
Səfirliyin və Dubay şəhərində yaşayan həmvətənlərimizin təşəbbüsü ilə “Marriott” mehmanxanasında keçirilən görüşdə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş övladlarımızın xatirəsi yad edilmiş və onların ruhuna Qurandan ayələr oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]