SİYASƏT
ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Azərbaycana rəsmi səfərə gəlmiş İran İslam Respublikasının daxili işlər naziri Əbdülvahid Musəvi - Lari və nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş cəsur Azərbaycan övladlarının xatirəsini yad etdilər.
Qonaqlar şəhidlərin məzarları üstünə və “Əbədi məşəl” abidəsinin önünə gül-çiçək dəstələri qoydular.
Milli təhlükəsizlik naziri Namiq Abbasov, daxili işlər naziri Ramil Usubov, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İİR-ın Bakıdakı səfiri Əhəd Qəzai qonaqlarla birlikdə Şəhidlər xiyabanında olmuşlar.