Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlərin xatirəsinə həsr olunmuş kitab Milli Qurtuluş Günündə şəhid ailələrinə təqdim edilib

Bakı, 15 iyun, AZƏRTAC

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Astara rayonunda Vətən müharibəsinin şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə qeyd olunub ki, Zəfər yolumuz 1993-cü il iyunun 15-dən başlayıb. Həmin gün ulu öndər Heydər Əliyev xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdı və bu qətiyyətli qayıdışı ilə xalqımızı, dövlətimizi düçar olduğu bəlalardan, parçalanmaq təhlükəsindən, siyasi, iqtisadi, hərbi böhrandan xilas etdi. Bu gəlişlə Azərbaycan Ordusu yenidən quruldu, formalaşdı, təsadüfi işbaz “komandir və rəislərdən” qurtuldu. Dövlətimizin, müstəqilliyimizin təhlükəsizliyinin təminatçısı olan Milli Ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu.

Azərbaycan əsgəri Ali Baş Komandanını ilk dəfə ön səngərdə, yanında gördü. Qayğı və problemləri barədə qarşı-qarşıya öz rəhbərinə məlumat verdi, ondan əmr, göstəriş, məsləhət və tövsiyələr aldı.

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü il noyabrın 2-də Azərbaycan radio və televiziyası vasitəsilə müraciəti xalqın milli şüurunun oyanışında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində dönüş nöqtəsi oldu.

Heydər Əliyevdən xeyir-dua alan Azərbaycan əsgəri hücuma keçərək təcavüzkar Ermənistan silahlı bölmələrinin işğal etdiyi Füzuli və Cəbrayıl rayonlarının, indiki Horadiz şəhəri də daxil olmaqla, 22 yaşayış məntəqəsini azad etdi.

Respublikamızın ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə xüsusilə fərqlənən hərbi qulluqçular ən yüksək fəxri adlara layiq görüldü, orden və medallarla təltif olundular. Beləliklə, həmin günlərdə xalqımız tərəqqi, inkişaf, ordumuz isə Zəfər yürüşünə çıxdı.

Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani görüş iştirakçılarını 15 iyun - Milli Qurtuluş Günü münasibətilə nazirliyin rəhbərliyi adından təbrik edib və onlara Vətənə layiqli övladlar bəxş etdikləri üçün minnətdarlığını bildirib: “Mən şahidiyəm ki, Ulu Öndərimiz 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən bu qədim diyarın xilası üçün əsl fədakarlıq nümunələri göstərib. Naxçıvanda ordu quruculuğunun, hərbi qulluqçuların, şəhid ailələrinin sosial-məişət problemlərinin həllinə, onlara xüsusi diqqət və qayğı göstərilməsinə həmişə böyük önəm verib”.

Diqqətə çatdırılıb ki, 1993-cü il iyunun 15-də xilaskarlıq missiyası ilə ölkə rəhbərliyinə qayıdışından sonra da ordu mövzusu, ordunun yaranması, qüdrətli bir qüvvəyə çevrilməsi dahi rəhbərimizin prezident kimi fəaliyyətində həmişə prioritet olub. 1993-cü il dekabrın 27-də Prezident iqamətgahında Azərbaycanın Milli qəhrəmanları və şəhid ailələrinin üzvləri ilə görüşdə Heydər Əliyev demişdi: “Şəhidlərimizin ruhu məni ağrıdır. Həlak olan Azərbaycan vətəndaşlarının surəti hər gün gözümün qarşına gəlir. Lakin Vətənin müdafiəsi hər birimiz üçün ən ülvi, ən uca, ən müqəddəs vəzifədir. Bu müqəddəs vəzifənin yerinə yetirilməsində şəhid olanlar cənnətə gedirlər, onların qəhrəmanlığı xalqın xatirəsində daim yaşayacaq”.

Qeyd edilib ki, Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ata vəsiyyətinə həmişə sadiqdir və 15 iyundan başlanan Zəfər yolunu inamla, qətiyyətlə, dəmir yumruğunun gücü ilə qət edərək 44 günlük Vətən müharibəsində ən böyük Qələbənin, böyük Zəfərin sevincini xalqımıza yaşatdı.

Sonra A.Qurbani müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabla bağlı məlumat verib. Bildirib ki, ilk təqdimat Şuşa şəhərində keçirilib və bir neçə gündür respublikamızın ayrı-ayrı bölgələrində şəhid ailələrinə təqdim edilir. Birinci kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin Vətənə sədaqətli xidmətlərinə həsr olunan qısa, lakin şərəfli həyat və döyüş yolları işıqlandırılır.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova Müdafiə Nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri” xatirə kitabının bu əlamətdar gündə şəhid ailələrinə təqdim olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, şəhidlərimizin xatirəsinə ehtiram göstərmək, şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur. Bunu bizə Ulu Öndərimiz öyrədib, Müzəffər Ali Baş Komandanımız öz əməli fəaliyyəti ilə göstərib.

Şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” kitabının nüsxələri təqdim olunub.

Astara Pedaqoji Kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Ağababa İbrahimov, şəhid zabitlər Kamran Fərəcovun həyat yoldaşı Nuranə xanım, Şahnur Hüseynovun anası Hədiyyə xanım, şəhid gizir Nadir Xəlilovun atası Ağadadaş kişi, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Xanverdi Şirinov, Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Turan Həsənzadə, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Vətən müharibəsinin qazisi Abbas İbrahimli və başqaları Milli Qurtuluş Günündə Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın xatirəsinə həsr olunmuş bu kitabı dəyərli hədiyyə kimi qəbul edib, göstərilən diqqət və ehtirama görə Müzəffər Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə və müəllifə minnətdarlıqlarını bildiriblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib