Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirində növbəti görüşünü fransalı şahmatçıya qarşı keçirəcək
Bakı, 7 may, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin üçüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla görüşəcək.
Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]