ŞƏKƏR ÇUĞUNDURU QƏBULUNA BAŞLANMIŞDIR
Birlikdən AZƏRTAC-a bildirmişlər ki, İmişlidə tikilən Şəkər zavodunu xammalla təmin etmək məqsədi ilə 2005-ci ilin yazında torpaq mülkiyyətçiləri 2 min hektar sahədə şəkər çuğunduru əkmişlər. İlin əvvəlində Birlik fermerləri, əkinçiliklə məşğul olan sahibkarları xaricdən aldığı çuğundur toxumu, traktor, digər maşın və mexanizmlərlə təmin etmiş, mütəxəssislər isə əkin aqrotexnikasını onlara öyrətmiş, səpin zamanı zəruri təlimat və məsləhətlər vermişlər.
Məhsul heç bir məhdudiyyət qoyulmadan qəbul edilir və dəyəri yerindəcə ödənilir.
Əvvəllər respublikamızda emal müəssisəsi olmadığına görə yetişdirilən şəkər çuğunduru qonşu İran İslam Respublikasına aparılırdı. İmişlidə nəhəng şəkər çuğunduru zavodu tikildiyinə görə, artıq bu asılılıq aradan qaldırılmışdır.
Gələn il zavodu xammalla tam təmin etmək məqsədi ilə bu bölgədə 15 min hektarda şəkər çuğunduru əkmək nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]