ŞƏKİ POÇTAMTI ÖTƏN İLİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ BAŞA VURMUŞDUR
Poçtamtın rəisi Anar İsmayılov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müəssisənin gəlirlərinin çoxalmasında əhaliyə göstərilən ənənəvi və qeyri-ənənəvi poçt rabitəsi xidmətlərinin çeşidi və keyfiyyətinin yüksəldilməsi mühüm rol oynamışdır. 2005-ci ildə poçtamtın tabeliyində olan yerli poçt şöbələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də iş uğurla davam etdirilmiş, 6 kənd və 2 şəhər poçt şöbələri üçün müasir binalar tikilmiş, Biləcik kəndində bu ərazidə yerləşən 3 yaşayış məntəqəsinə xidmət göstərəcək yeni poçt şöbəsi istifadəyə verilmişdir. Şəhərdəki mərkəzi poçt şöbəsində isə yeni internet-klub fəaliyyətə başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]