ŞƏKİDƏ NAXÇIVANIN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illiyinə həsr olunmuş elmi konfransı giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülüstan Maqsudi açmışdır.
AMEA Şəki Regional Elm Mərkəzinin direktoru Zəkəriyyə Əlizadə “Azərbaycan elmi, mədəniyyəti və incəsənətinin inkişafında Naxçıvan ziyalılarının rolu” mövzusunda məruzə etmişdir.
Tədbirdə çıxış edən natiqlər Naxçıvanın qədim tarixindən, əlverişli təbii-coğrafi mövqeyindən, zəngin mədəniyyətindən, tarixi abidələrindən danışmış, bu qədim və ulu diyarın məhz ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi illərində əsl quruculuq, yüksəliş və intibah dövrü yaşadığını qeyd etmişlər.
Konfransın sonunda görkəmli ədəbiyyatşünas, mətnşünas və şair Salman Mümtazın 120 illik yubileyinin doğulduğu diyarda - Şəkidə keçirilməsi ilə bağlı ziyalılar adından Prezident İlham Əliyevə və AMEA rəhbərliyinə müraciət qəbul olunmuşdur.