ŞƏKİDƏ STOLÜSTÜ TENNİS ÜZRƏ ZONA YARIŞLARI KEÇİRİLMİŞDİR
Şəkidə stolüstü tennis üzrə uşaq-gənclər idman məktəbləri arasında keçirilən respublika birinciliyinin zona yarışlarına yekun vurulmuşdur. Şəhərin İdman Sağlamlıq Mərkəzində keçirilən tədbirdə Bakının “Təhsil” İdman Mərkəzinin nümayəndələri, habelə Şəki, Qax, Samux və Gədəbəy rayonlarını təmsil edən 8 komanda qalib adı uğrunda mübarizə aparmışdır.
Şəki Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, 2 gün davam edən yarışlarda Şəkinin oğlan və qızlardan ibarət komandaları daha uğurlu çıxış edərək birinci yerə çıxmış və birinciliyin bu ilin oktyabrında Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]