Şəkinin abidələri və kəlağayı irsi xüsusi əhəmiyyət daşıyır
Şəki, 3 dekabr, Gülay Nəzərova, AZƏRTAC
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində 83 tarixi-memarlıq abidəsi mövcuddur. Onların ən önəmlisi Şəki Xan Sarayıdır. Bundan başqa, dövlət səviyyəsində qorunan 11 abidə var — mədrəsələr, karvansaralar və tacir evləri. Qalan 71 abidə isə yerli əhəmiyyətli tacir mülkləri, yaşayış evləri və digər tarixi tikililərdir.
Bunu AZƏRTAC-a açıqlamasında “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəvanə Əzizova bildirib.
O, Şəkinin abidələri ilə yanaşı, mühüm yer tutan kəlağayı sənətindən də söz açıb: "Tarixi mənbələrə görə, 18-ci əsrdən başlayaraq Şamaxı, Bakı və Azərbaycanın bir çox bölgələri kimi, Şəkinin də ətrafından Böyük İpək Yolunun keçdiyi qeyd olunur. Bu yol Şəkinin ipəkçilik mədəniyyətinin formalaşmasına mühüm təsir göstərib. Kəlağayı Azərbaycan qadınının başörtüsü olmaqla yanaşı, mədəniyyətimizin ən zəngin və simvolik aksesuarlarından biridir. Onun çox qədim tarixi var və əsrlər boyunca öz dəyərini qoruyub”, – deyə Rəvanə Əzizova qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]