Səlçuk Bayraktar: Yerli təyyarə mühərriki “AKINCI” və “Bayraktar TB3”ə əlavə güc verəcək
Ankara, 30 oktyabr, AZƏRTAC
Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar, o cümlədən “AKINCI” və “Bayraktar TB3” yerli mühərriklər sayəsində daha da təkmilləşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Baykar Texniki Şirkətinin müdiri və T3 Vəqfinin idarə heyətinin sədri Səlçuk Bayraktar “Twitter” sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda TEI (TUSAŞ Motor Sanayi A.Ş.) tərəfindən istehsal edilən yerli təyyarə mühərrikinin sınağını nümayiş etdirən videomaterial əksini tapıb. S.Bayraktar yazır ki, sınaqdan böyük uğurla çıxan yerli mühərrik “AKINCI” və “Bayraktar TB3”ə əlavə güc verəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]