ŞƏMKİRDƏ KƏND XƏSTƏXANASI ƏSASLI TƏMİR EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Daxili imkanlar hesabına təmir edilən tibb ocağındakı avadanlıq təzələnmiş, əlavə bir neçə şöbə açılmış, eyni vaxtda 35 xəstənin müalicəsi üçün hər cür şərait yaradılmışdır.