ŞƏMKİRDƏ YENİDƏN KABEL İSTEHSAL OLUNACAQ
Şəmkirin Kür qəsəbəsində vaxtilə 800 nəfərin çalışdığı kabel istehsalı müəssisəsi yenidən fəaliyyətə başlayacaqdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq sex və istehsal sahələri yenidən qaydaya salınmış, xammalın alınması üçün xarici şirkətlərlə əlaqə yaradılmışdır. Müəssisə işə düşdükdən sonra ilkin mərhələdə 300 nəfər işlə təmin olunacaqdır.