SƏMT QAZI QAPALI SİSTEMƏ KEÇİRİLƏCƏKDİR BU, DAHA BİR EKOLOJİ PROBLEMİN HƏLLİ DEMƏKDİR
Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səmt qazı atmosferi çirkləndirməklə yanaşı, mədənlərdə çalışan neftçilərin sağlamlığı üçün də ciddi təhlükə mənbəyidir. Layihənin həyata keçirilməsi qlobal ekoloji problemlərdən birinin həlli, eləcə də, əlavə vəsait qazanmaq deməkdir.
Layihənin əvvəlcə Ə.Əmirov adına NQÇİ-nin Lökbatan, Buta, Quşxana və Atəşgah yataqlarında, sonra isə digər neft-qazçıxarma idarələrinin mədənlərində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hazırda layihəyə Kanadanın “Canadian İnternational Developement Agency” şirkəti daha çox maraq göstərir. Onlar artıq yataqlara baxış keçirmişlər. Birgə fəaliyyət barədə danışıqlar aparılır.