Sənan Əlləz: Tarixin bir parçası olmaq bütün aktyorların arzusudur
Bakı, 3 oktyabr, AZƏRTAC
Tarixin bir parçası olmaq bütün aktyorların arzusudur. Real, bioqrafik film üçün aktyor seçmək çətindir, müxtəlif aspektləri var. Tam olmasa da, müəyyən qədər real tarixi qəhrəmana oxşamalısan.
AZƏRTAC xəbər verir ki, bunu Nizami Kino Mərkəzində bu gün təqdim olunacaq “Tağıyev. Sona” filmində Hacı Zeynalabdin Tağıyevin oğlu İsmayılı oynayan aktyor Sənan Əlləz söyləyib.
Filmin keçmişdən gələcəyə baxış pəncərəsi olduğunu diqqətə çatdıran Sənan Əlləz üçün ayrıca çətinliklərin yarandığını deyib: "Müasir insanlar həyatı daha tez, cəld tempdə yaşayır. Lakin 1 əsr əvvələ baxanda görürük ki, o zaman hadisələr daha aram, sakit, münasib şəraitdə baş verir".
Aktyor üçün ən yaddaqalan səhnə filmin son hissəsi olub: "Həm məkan, həm də ssenari olaraq Hacı ilə İsmayılın son görüşüdür. Sonda deyilən cümləni eşitmək həqiqətən mənim üçün ən təsirli və ən yaddaqalan səhnələrdən biri olduğunu deyə bilərəm".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]