Sənan Qurbanov: “Qarabağ” hər baxımdan komandamızdan güclü idi
Bakı, 12 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Oyunla bağlı planlaşdırdıqlarımızın heç biri alınmadı. Bunu da rəqibin bizdən güclü olması ilə əlaqələndirərdim. Hər komponentdə bizdən üstün idilər. Həm topa çox nəzarət etdilər, həm mübarizədə, xüsusilə, ikinci hissədə güclü idilər. 90 dəqiqə müdafiə olunmağa məcbur qaldıq, bu da futbolçuların gücünün tükənməsi ilə nəticələndi. Rəqibimiz təcrübəli komandadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”la oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
“İlk hissədə əzmkarlıq var idi. Düşünürəm ki, məğlub olmuşuqsa, deməli, zəif oynamışıq. Rəqibi meydanın onlara aid hissəsində qarşılamaq, topla oynamaq istəyirdik. Amma bunların heç biri alınmadı. Əgər oyun boyu müdafiə olunursansa, məğlub olmaq ehtimalın artır”, - baş məşqçi qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]