Sənaye parklarının rezidentləri üçün təlim keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Falcon Consulting Group” şirkəti tərəfindən Sumqayıt Kimya və Qaradağ sənaye parklarının rezidentlərinin İnsan resursları şöbəsinin əməkdaşları üçün “Vəzifə yüksəlişi: yaxşı mütəxəssisin əla rəhbərə çevrilməsinə nə mane olur” mövzusunda təlim təşkil edilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, Peşə Təhsil Mərkəzinin inzibati binasında təşkil edilən təlimdə iştirakçılara vəzifə yüksəlişinin səbəbləri, uğurlu başlanğıc və s. mövzularda ətraflı məlumat verilib. Təlim “Falcon Consulting Group” şirkətinin direktoru Şahin Qədimli tərəfindən aparılıb. Təlim interaktiv və diskussiya formasında keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]