SƏNAYE ŞƏHƏRCİYİ ÜÇÜN 300 HEKTARTORPAQ SAHƏSİ AYRILMIŞDIR
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Nazirlər Kabinetinin qərarı ilə Sumqayıtın 14 kilometrliyində 300 hektar torpaq sahəsi sənaye şəhərciyi yaradılması üçün ayrılmışdır. Yaxın vaxtlarda həmin obyektin bünövrəsi qoyulacaqdır. Burada təxminən 300-ə yaxın sənaye müəssisəsi tikiləcəkdir. Başlıca məqsəd ölkədə daha çox ehtiyac duyulan məhsulların istehsalını təşkil etməklə, əvvəlcə daxili tələbatı ödəmək, daha sonra həmin malların xarici bazarlara çıxarılmasına nail olmaqdır. Yeri gəlmişkən, sənaye şəhərciyi azad iqtisadi zonalar üçün baza da ola bilər.
Qeyd edək ki, sənaye şəhərciyinin azad iqtisadi zonaya çevrilməsi təcrübəsindən Çin, Cənubi Koreya, Sinqapur və digər ölkələr uğurla istifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]