SƏNƏDLİ FİLMLƏRƏ BAXIŞ MİLLİ BAYRAMIMIZA HƏSR OLUNMUŞDU
"Əsrin müqaviləsi", "Qaçqınlar", "Vətənə qayıtmaq istəyirik" və "Azərbaycan–Almaniya dostluq və əməkdaşlıq əbədidir" sənədli filmlərinə baxışda Berlin ictimaiyyətinin nümayəndələri, xarici və yerli jurnalistlər, Azərbaycan cəmiyyətlərinin fəalları, respublikamızın Almaniyadakı səfirliyinin əməkdaşları və Berlində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Filmlərin nümayiş etdirilməsindən öncə İnterkontakt studiyasının direktoru xanım Lorens həmyerlimiz, habelə filmlərin mətninin alman dilində səsləndirilməsində əməyi olan işçi qrupu barədə məlumat vermişdir.
Baxışdan sonra filmlər ətrafında müzakirələr keçirilmişdir. C.Zeynallı, Azərbaycan diplomatları və diasporumuzun nümayəndələri alman tamaşaçılarının ölkəmiz, onun xalqı, mədəni irsi, təbii sərvətləri, "Əsrin müqaviləsi", Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycandakı etnik azlıqlar və dini konfessiyalar, Almaniya ilə dostluq və əməkdaşlıq əlaqələri ilə bağlı çoxsaylı suallarına cavab vermişlər.