SƏNGƏÇAL QƏSƏBƏSİ ƏRAZİSİNDƏ YOL-NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Astara yolunun Səngəçal qəsəbəsi ərazisində, Füzuli rayon sakini Zülfüqar Qarayev idarə etdiyi “KamAZ” markalı avtomaşını Ələt qəsəbəsi sakini Əyyub Məmmədovun idarə etdiyi qarşıda gedən “Mersedes-308 D” markalı avtomaşına vurmuşdur.
Nəticədə, “Mersedes” aşmış, xəsarət almış Ə.Məmmədov və 11 sərnişin xəstəxanaya yerləşdirilmişdir. Sərnişinlərdən Əliniyaz Süleymanov orada ölmüş, 9 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Ədalət İbrahimov və Qəhrəman Səfərovun vəziyyəti orta ağırdır.