Sərbəst güləşçimiz U-23 dünya çempionatda gümüş medal qazanıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Sərbəst güləşçimiz Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz startda kolumbiyalı Sebastyan Rodrigesə heç bir şans tanımayıb - 13:2. Yığmamızın üzvü səkkizdəbir finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyə də vaxtından əvvəl qalib gəlib - 10:0. X.Qadjiyev ermənistanlı Hrayr Alixanyana 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyən X.Qadjiyev adını finala yazdırıb.
Təmsilçimiz həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb və 2:5 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Beləliklə, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]