Serbiya beynəlxalq uçuşları bərpa etməyə hazırlaşır
Belqrad, 25 aprel, AZƏRTAC
Serbiya mayın 1-dən hava əlaqələrini bərpa etməyi planlaşdırır. Bu barədə ölkə Prezidenti Aleksandr Vuçiç şəxsi “Youtube” kanalında videoaçıqlama edib.
AZƏRTAC xəbər verir ki, Serbiya mayın 1-dən aeroportların fəaliyyətini bərpa etməyi, mayın 4-dən isə kommersiya reyslərini açmağı planlaşdırır. Kommersiya reysləri özündə sərnişin və tranzit daşımalarını ehtiva edir.
Aleksandr Vuçiç açıqlamasında deyib: “Mən mayın 1-dən hava nəqliyyatının, mayın 4-dən isə şəhərlərarası və daxili uçuşların qismən bərpa olunacağını düşünürəm”.
Ölkənin əsas aviaşirkəti olan “Air Serbia” martın 20-dən bütün sərnişin reyslərini təxirə salıb. Şirkətin saytında ilk bilet satışı mayın 1-dən təqdim olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]