Serbiya hökuməti tələbələrə xəbərdarlıq edib
Belqrad, 25 fevral, AZƏRTAC
Serbiyanın Təhsil Nazirliyi İtaliyada təhsil alan vətəndaşlarına sözügedən ölkəyə getməməyi, dərsləri bir müddət təxirə salmağı tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın şimalında sürətlə yayılan koronavirus təhlükəsi Serbiyanı da ciddi addımlar atmağa məcbur edib. Ölkə rəhbərliyi İtaliyada təhsil alan gəncləri geri çağırıb və hazırda Serbiyada olanları da geri dönməmək baxımından xəbərdar edib.
İtaliyanın şimalında, xüsusən Veneto, Lombardiya, Pyemontda təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. AZƏRTAC xəbər verir ki, yataqxanalar karantinə bağlanıb, tələbələrə ümumi mətbəx, istirahət otaqlarına getməyə icazə verilmir. Ən az ehtimallar belə ciddi nəzarətə alınır, qızdırması və titrətməsi olan hər kəs təkadamlıq otaqlara yerləşdirilərək nəzarətə götürülür.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]