Serbiya ilə ABŞ arasında siyasi dialoqun gücləndirilməsi müzakirə olunub
Belqrad, 24 sentyabr, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç Nyu-Yorkda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşündə iki ölkə arasında siyasi dialoqun gücləndirilməsini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Serbiya və ABŞ arasında iqtisadi əməkdaşlığın təkmilləşdirilməsi və ümumi təhlükəsizlik çağırışları haqqında fikir mübadiləsi aparılıb.
“Görüşün əsas müzakirə mövzusu iqtisadiyyat və ticarət olub, xüsusən də söhbət ABŞ-ın tarifləri ilə bağlı məsələnin həllindən gedir. Biz, həmçinin yeni investisiyalar, enerji və yeni texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını, strateji dialoqumuzun mexanizminin təklif etdiyi perspektivləri müzakirə etdik”, - deyə Serbiya Prezidenti bildirib.
O, əlavə edib ki, görüş zamanı Serbiyanın regionda sülh və sabitliyin qorunmasına sadiq olduğunu vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]