SİYASƏT
Serbiya mətbuatında Kəlbəcər bölgəsindəki mina teraktı barədə məlumat yayımlanıb
Bakı, 6 iyun, AZƏRTAC
Serbiyanın “b92.net” nəşrində Azərbaycanın Kəlbəcər rayonunda jurnalistlərin və digər mülki şəxslərin həlak olması ilə nəticələnən erməni tərəfindən törədilən terakt haqqında məlumat yayımlanıb.
AZƏRTAC xəbər verir ki, materialda avtomobilin erməni terrorçuları tərəfindən basdırılmış tank əleyhinə minaya düşməsi anının videogörüntüləri əks olunub. Məqalədə qeyd olunur ki, Ermənistan tərəfindən 1949-cu il Cenevrə Konvensiyası kobud şəkildə pozulur. Çünki Ermənistan hələ də Azərbaycana minalanmış ərazilərinin xəritələrini təqdim etməkdən imtina edir.