Serbiya parlamentinin sədri: Azərbaycan dünyanın ən etibarlı enerji təchizatçılarından biridir
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan dünyanın ən etibarlı enerji təchizatçılarından biridir. Serbiya enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirilən brifinqdə səsləndirib.
Onun sözlərinə görə, son 5 ildə Azərbaycan-Serbiya münasibətləri intensivləşib. Ölkələrimiz arasında ticarət dövriyyəsi 20 milyon dollardan 560 milyon dollara çatıb.
Ana Brnabiçin fikrincə, Azərbaycan-Serbiya parlamentlərarası münasibətləri də mükəmməl səviyyədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]