Serbiya Superliqası ilə Azərbaycan Peşəkar Futbol Liqası arasında mövcud əməkdaşlıq müzakirə olunub
Bakı, 27 iyul, AZƏRTAC
Futbol üzrə Serbiya Superliqasının baş katibi Darko Ramovs Azərbaycana səfər edib.
Peşəkar Futbol Liqasından (PFL) AZƏRTAC-a bildirilib ki, o, səfər çərçivəsində PFL-in prezidenti Elxan Səmədovla görüşüb. Görüş zamanı Serbiya Superliqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında mövcud olan əməkdaşlıq və perspektivlər müzakirə olunub. Eyni zamanda, hər iki ölkədə keçirilən bütün liqaların strukturları və liqaları maraqlandıran bütün məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən məmnunluğunu ifadə edən Darko Ramovs Peşəkar Futbol Liqasına və Azərbaycan futboluna uğurlar arzulayıb.