Serbiyada dəmiryolu stansiyasındakı qəzada ölənlərin sayı 15-ə yüksəlib
Belqrad, 18 noyabr, AZƏRTAC
Serbiyanın Novı Sad şəhərində noyabrın 1-də dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində həlak olanların sayı 15 nəfərə yüksəlib.
AZƏRTAC xəbər verir ki, qəzada ağır yaralananlardan biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə zamanı 14 nəfər həlak olmuş, üç nəfər ağır yaralanmışdı. Noyabrın 2-si Serbiyada milli matəm elan olunmuşdu.
Qəzadan sonra Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]