SERBİYALI HƏRBİ CİNAYƏTKAR HAAQA TRİBUNALINA TƏHVİL VERİLMİŞDİR
İttihamçı tərəfin məlumatına görə, onun Bosniya və Herseqovina müharibəsi zamanı Vışeqrad şəhərində 140 Bosniya müsəlmanının qətlə yetirilməsində əli var.
Məhkəmə sənədlərindən məlum olmuşdur ki, Milan Lukiçin başçılıq etdiyi Serbiya partizanlarından ibarət “Ağ qartallar” silahlı dəstələri polis və hərbi bölmələrlə birlikdə müsəlmanları binada bağlayaraq diri-diri yandırmışlar. 2003-cü ildə Belqrad məhkəməsi Lukiçi mülki əhalidən olan 16 müsəlmanı qətlə yetirdiyinə görə qiyabi olaraq 20 il həbs cəzasına məhkum etmişdir. Həmin müsəlmanlar müharibənin əvvəllərində Serbiya ərazisindən oğurlanmışdılar.
M.Lukiç Argentina hakimiyyət orqanlarının həbs etdiyi, insanlığa qarşı cinayətlərdə təqsirli bilinən ikinci Serbiya vətəndaşıdır.
Haaqa tribunalı və Avropa İttifaqı Serbiya və Çernoqoriya hökumətini Bosniya serbləri ordusunun keçmiş komandanı Ratko Mladiçin və respublikanın prezidenti Radovan Karaciçin cinayətlərini ört-basdır etməkdə təqsirləndirirlər. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunalın başçısı Karl del Pontun fikrincə, hərbi cinayətlərdə təqsirli bilinənlər indiyədək Serbiyada ordunun mühafizəsi altında gizlənirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]