“Sərhəd” hərbi-idman oyununun birinci mərhələsi keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Sərhədyanı və digər rayonların yuxarı sinif şagirdləri arasında “Sərhəd” hərbi-idman oyununun birinci mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında keçirilən və Vətən sərhədlərinə məhəbbət hissinin aşılanmasında, gənclərin sağlam ruhda tərbiyə edilməsində, sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayan “Sərhəd” hərbi-idman oyunlarının hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində xüsusi yeri olduğu qeyd edilib.
Keçirilən yarış mərhələsində komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması” və “Sıra hazırlığı” üzrə öz bacarıqlarını nümayiş еtdiriblər.
Yarışlarda qalib olmuş komandalar cari ilin aprelində keçiriləcək “Sərhəd” hərbi-idman oyunlarının zona birinciliyində iştirak edəcəklər.