SƏRNİŞİN XƏSTƏXANADA KEÇİNMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 13-də Xətai rayonu Zığ yolu küçəsində Saatlı rayon sakini Vahid Abbasovun idarə etdiyi “VAZ-2107” markalı və Bakı şəhər sakini Beydulla Qədirovun idarə etdiyi “ZiL-130” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə, V.Abbasovun sərnişini Rəhim Cəlilov xəsarətlə xəstəxanaya yerləşdirilmiş və orada keçinmişdir.