Sertifikatlaşdırma ilə bağlı imtahanın nəticələri müəllimlərə göndərilib
Bakı, 25 iyun, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.
Sertifikatlaşdırma prosesinin apellyasiya müraciətləri elektron qaydada həyata keçiriləcək. Təhsilverənlər qanunvericiliyin tələblərinə müvafiq olaraq 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub.
Müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]